Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) artıb.
FED.az Mərkəzi Bankın hesabatı istiandən xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 78% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 167 milyon 711 min manat toplanıb, 129 milyon 997 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artıqdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-dekabr aylarında bu göstərici 57% idi.