Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 3 milyon 914 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 343 min manat və ya 10% çoxdur.
2024-cü ilin yanvar ayında bu göstərici 3 milyon 571 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 204 min manat təşkil edib ki, bu da illik müqayisədə 116 min manat və ya 2,3 dəfə çoxdur.
Keçən ilin eyni dövründə 88 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 5% təşkil edib ki, buda illik 2% çoxdur. 2024-cü ilin eyni dövrünə görə zərərlilik əmsalı 3% olub.