Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 36 milyon 893 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 453 min manat və ya 1% çoxdur.
2023-ci ilin yanvar-mart aylarında bu göstərici 36 milyon 441 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 560 min manat təşkil edib ki, bu da illik müqayisədə 169 min manat və ya 43% çoxdur.
Keçən ilin eyni dövründə 391 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 2% təşkil edib.