Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) azalıb.
FED.az Mərkəzi Bankın hesabatı istiandən xəbər verir ki, cari ilin yanvar-mart aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 75% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 37 milyon 10 min manat toplanıb, 27 milyon 169 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artıqdır.
Xatırladaq ki, 2023-ci ilin yanvar-mart aylarında bu göstərici 65% idi.