Ötən gün prezident İlham Əliyev keçirdiyi müşavirədə ölkədə daşınmaz əmlakın icbari sığortasının vacibliyini qeyd edib.
Məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Azər Əliyev FED.az-a bildirilib ki, 2019-cu ildə icbari əmlak sığortası ilə bağlı işlər aparılıb və 2020-ci ildə bu sahədə detallı işlər aparılacaq.
Eləcə də bax:“Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır” - HÖKUMƏTƏ TAPŞIRIQ
“2019-cu il yekunlaşıb. 2020-ci il üçün tədbirlə planlarımız hazırlanır. Bu plan çərçivəsində bütün məsələlər həll olunacaq. 2019-cu ildə prezident bunu dəfələrlə qeyd edib. Daşınmaz əmlakla bağlı müraciətlər olur. Müraciət olunanlar da sığortalanır. Bununla bağlı texniki problemlərimiz yoxdur. Sadəcə olaraq auditoriya ilə işləməyimiz lazımdır.İnsanları detallı maarifləndirmək lazımdır. Vətəndaşları ətraflı məlumatlandırmaq lazımdır. Ona görə, bu tip işlərə böyük əhəmiyyət verəcəyik”-deyə Azər Əliyev bildirib.
Assosiasiya rəhbərinin sözlərinə görə, hər bir sığorta şirkəti maarifləndirmə işlərini ildən-ilə artırır. Həmçinin jurnalistlərlə sıx işlənildiyi və gələcəkdə mətbuat nümayəndələri ilə müxtəlif dəyirmi masaların keçiriləcəyi bildirilir.
Bundan başqa yerli icra hakimiyyətləri ilə də işlər aparılacaq. Artıq bu məsələ ilə bağlı işlər keçən ildən başlayıb. Bu ildən işlərin daha detallı reallaşdırılacağı bildirilib.