Çıxarışı olmayan mənzilləri də sığortalamaq mümkündür.
Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar xeyli azalıb, ödənişlər kəskin artıb
FED.az xəbər verir ki, ekspertlər bildirirlər ki, əksər mənzil sahiblərinin bundan xəbərləri yoxdur. Yanğın və digər hallarda isə belə daşınmaz əmlak sahibləri çıxılmaz vəziyyətdə qalırlar.
Sığorta mütəxəssislərinin sözlərinə görə, daşınmaz əmlakın icbari sığortasına əsasən, çıxarışlı evlərin sahibləri müraciət edir. Ancaq ev hələ çıxarış almamış yeni binada və ya şəxsi torpaq mülkü olan evdirsə, mənzilin həmin şəxsin olduğunu sübut edən müqavilə və ya hər hansısa aidiyyəti olan bir qurumdan alınan sənədlə sığortalamaq mümkündür.
Eskpert həmçinin onu da bildirdi ki, əgər tikili qəzalı vəziyyətdə olarsa, sökülməsi ilə bağlı qərar olarsa, bu əmlakları icbarı qaydada sığortalamaq mümkün deyil.
Sığorta məbləğləri həm fərdi evlər üçün, həm də yaşayış binasında yerləşən mənzillər üçün eynidir.