Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar azalıb və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 44 milyon 757 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 526 min manat və ya 7% azdır.
2024-cü ilin yanvar-aprel ayında bu göstərici 48 milyon 283 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 976 min manat təşkil edib ki, bu da illik müqayisədə 269 min manat və ya 38% çoxdur.
Əvvəlki ilin eyni dövründə 707 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 3% təşkil edib ki, buda illik 1% çoxdur. 2024-cü ilin eyni dövrünə görə zərərlilik əmsalı 1% olub.