“Bəzi sığorta şirkətləri brokerlərə 35% komissiya haqqı verirlər”
FED.az xəbər verir ki, bunu sığorta eksperti İlkin İbrahimov bildirib. Onun sözlərinə görə, məqsəd daha çox şəhadətnamə yazaraq əmlakları sığortalamaqdır.
Eləcə də bax: Azərbaycanda sığorta şirkətinə - 1 MİLYON MANAT LAZIMDIR
İlkin İbrahimovun sözlərinə gröə, 35% komissiya haqqını alan broker 30%-ni bölgələrdəki JEK əməkdaşlarına verir.
“Digər tərəfdən sığorta şirkətləri və nəzarətedici qurum ötən ilin yalnız 10 ayının hesabatını açıqlayıb və orada əmlak sığortasının yığım və ödənişləri çox böyük fərqlə görünüb yəni yığım 42 milyon, ödəniş 1.8 milyon . Bu yığımın cəmi 4% nin ödəniş olduğunu göstərir. Yəni hazırkı əmlak sığortasındakı ödənişlərdə problemin olması elə buradan görünür”-deyə İlkin İbrahimov bildirib.