3 mart 2020-ci il saat 11.00-da “Günay Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Mərkəzi Bank sığorta bazarında - İLK LİSENZİYANI LƏĞV ETDİ
FED.az-ın məlumatına görə, gündəlikdəki məsələlərə 2019-cu ilin yekunlarına görə mənfəətlərin dividend şəklində bölüşdürülməsi və hər birinin nominal dəyəri 1000 (bir min) manat olan 1000 (bir min) ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazların buraxılması məsələləri aiddir.
Gündəlikdəki məsələlərə aid sənədlərlə şirkətin aşağıda qeyd edilən ünvanındakı ofisində tanış olmaq mümkündür.
Əlaqələndirici şəxs: Gülnarə Cavadova, telefon: 012 990 (dax. 9906).
Ünvan: Bakı şəhəri, AZ 1065, Yasamal rayonu, İnşaatçılar prospekti 75C.