Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) Azərbaycan iqtisadiyyatına yönəldilən vəsaitin həcmi azalıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat dövründə qurum tərəfindən 4 milyon 545 min dollar investisiya yatırılıb.
Bu da illik müqayisədə 3,6 dəfə və ya 11 milyon 975 min dollar azalma deməkdir.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu rəqəm 16 milyon 520 min dollar təşkil edirdi.












