“Bakı Sığorta” ASC-nin satış komandasının uğursuzluğu nəticəsində bu ilin ilk ayında cəmi 260 min manat həcmində yığım əldə edilib.
FED.az Mərkəzi Bankın rəsmi hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 241 min manat, başqa sözlə 48,1% azalıb.
Ötən ilin eyni dövründə “Bakı Sığorta” ASC-nin yığımları 501 min manat olub.
Sığorta ödənişləri isə 143 min manat olub ki, bu da illik müqayisədə 4 min manat və ya 2,9% azalma deməkdir. Ötən ilin yanvar ayında şirkət tərəfindən zərərçəkmiş müştərilərə 147 min manat sığorta ödənişi verilib.
Şirkətin ümumi portfel üzrə zərərlilik göstəricisi isə 47,1% təşkil edib.