“Bakı Sığorta” ASC-nin satış komandasının uğursuzluğu nəticəsində bu ilin ilk iki ayında cəmi 569 min manat həcmində yığım əldə edilib.
FED.az Mərkəzi Bankın rəsmi hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 464 min manat, başqa sözlə 45% azalıb.
Ötən ilin eyni dövründə “Bakı Sığorta” ASC-nin yığımları 1 milyon 32 min manat olub.
Sığorta yığımlarının həcminə görə və dinamikasına görə “Bakı Sığorta” şirkəti 16-cı olub.
Sığorta ödənişləri isə 281 min manat olub ki, bu da illik müqayisədə 172 min manat və ya 38% azalma deməkdir. Ötən ilin yanvar-fevral aylarında şirkət tərəfindən zərərçəkmiş müştərilərə 454 min manat sığorta ödənişi verilib.
Sığorta ödənişlərinin həcminə və dinamikasına görə “Bakı Sığorta” sığorta şirkətləri arasında 14-cü yerdə qərarlaşıb.
Şirkətin ümumi portfel üzrə zərərlilik göstəricisi isə 49% təşkil edib.
Bu ilin iki ayının nəticələrinə görə sığorta şirkəti 6-cı yerdə qərarlaşıb.