“Bakı Sığorta” ASC-nin satış komandasının uğursuzluğu nəticəsində bu ilin ilk üç ayında cəmi 805 min manat həcmində yığım əldə edilib. Yığmlar 1 milyon manata belə çatmayıb.
FED.az Mərkəzi Bankın rəsmi hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 681 min manat, başqa sözlə 46% azalıb.
Ötən ilin eyni dövründə “Bakı Sığorta” ASC-nin yığımları 1 milyon 486 min manat olub.
Sığorta yığımlarının həcminə görə “Bakı Sığorta” şirkəti 16-cı , dinamikasına görə 17-ci olub.
Sığorta ödənişləri isə 466 min manat olub ki, bu da illik müqayisədə 137 min manat və ya 23 % azalma deməkdir.
Ötən ilin yanvar-mart aylarında şirkət tərəfindən zərərçəkmiş müştərilərə 603 min manat sığorta ödənişi verilib.
Sığorta ödənişlərinin həcminə görə “Bakı Sığorta” sığorta şirkətləri arasında 7-ci, idinamikasına görə 15-ci yerdə qərarlaşıb.
Şirkətin ümumi portfel üzrə zərərlilik göstəricisi isə 58% təşkil edib.
Bu ilin üç ayının nəticələrinə görə sığorta şirkəti 4-cü pilləyə yüksəlib.