“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (“Bakı Sığorta” ASC) İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqında (Büro) iştirakına xitam verilmiş və şirkət Büronun iştirakçı sığortaçılarının reyestrindən çıxarılmışdır.
“Bakı Sığorta”nın lisenziyası- MƏHDUDLAŞDIRILDI
FED.az xəbər verir ki, İcbari Sığorta Bürəsunun yaydığı məlumatda bildirilir ki, qQanunvericiliyin tələbləri nəzərə alınmaqla Büronun informasiya sistemində sığortaçının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”(AVSMMİS), “Daşınmaz əmlakın icbari sığortası” (DƏİS) və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”(DƏMMİS) növləri üzrə yeni sığorta müqavilələri bağlaması imkanı dayandırılmışdır.
Qanunun 105.4-cü maddəsinə əsasən sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növləri üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək yerinə yetirməlidir",- məlumatda deyilir.