“Bakı Sığorta” ASC bu ilin 10 ayında 4 milyon 368 min manat yığımlara malik olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Sığorta şirkətinin yığımları son bir illə müqayisədə 1 milyon 32 min manat, başqa sözlə 19,1% azalıb.
Keçən ilin eyni dövründə “Bakı Sığorta” ASC-nin yığımları 5 milyon 400 min manat olub.
Sığorta ödənişləri isə 2 milyon 579 min manat olub ki, bu da illik müqayisədə 460 min manat və ya 21,7% artım deməkdir. Keçən il sığorta ödənişləri 2 milyon 119 min manat olub.
Şirkətin zərərlilik göstəricisi isə 59% təşkil edib.