“AzSığorta” ASC bu ilin yanvar-oktyabr aylarında cəmi 7 milyon 188 min manat sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 2 milyon 630 min manat, başqa sözlə 26,8% azalıb. Ötən ilin eyni dövründə “AzSığorta” ASC-nin yığımları 9 milyon 188 min manat olub.
Sığorta ödənişləri isə 6 milyon 740 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 130 min manat və ya 14,4% azalma deməkdir. Ötən ilin eyni dövründə 7 milyon 870 min manat sığorta ödənişi edilib.
Şirkətin zərərlilik göstəricisi isə 94% təşkil edib.
Qeyd edək ki, "AzSığorta" şirkəti icbari avtomobil sığortası növündən imtina etməsinə baxmayaraq imtina olunan dövrə qədər bağlanmış müqavilələr üzrə portfel öhdəlikləri qüvvədə olduğu üçün sözügedən növ üzrə zərərçəkmiş müştərilərə sığorta ödənişləri həyata keçirir. Məhz buna görə də zərərlilik göstəricisi yüksəkdir.
Əslində real portfel üzrə zərərlilik göstəricisi daha aşağıdır.