“AzSığorta” ASC bu ilin 2023-cü ildə cəmi 8 milyon 473 min manat sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 2 milyon 607 min manat, başqa sözlə 23,5% azalıb. Əvvəlki ilin eyni dövründə “AzSığorta” ASC-nin yığımları 11 milyon 81 min manat olub.
Hesabat dövründə "Azsığorta" yığımların həcminə görə sığorta şirkətləri arasında 16-cı, dinamikasına görə 17-ci olub.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 7 milyon 330 min manat olub ki, bu da illik müqayisədə 2 milyon 108 min manat və ya 22,3% azalma deməkdir. Ötən ilin eyni dövründə şirkət tərəfindən zərərçəkmiş müştərilərə 9 milyon 438min manat sığorta ödənişi edilib.
Şirkətin zərərlilik göstəricisi isə 86,5% təşkil edib.
"Azsığorta" ödənişlərin həcminə görə 11-ci, dinamikasına görə 17-ci, zərərlilik göstəricisinə görə 3-cü olub.