“AzSığorta” ASC ilk 9 ayda 6 milyon 358 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları son bir illə müqayisədə 717 min manat, yəni 10,1% azalıb. Ötən il yığımlar 7 milyon 75 min manat idi.
Bu dövrdə ödənişlər isə 208 min manat (18%) artaraq 1 milyon 364 min manat olub. Ötən il ödənişlər 1 milyon 156 min manat olmuşdu.
Hesabat dövründə şirkətin zərərlilik göstəricisi 21,5% təşkil edib. Ötən ilin müvafiq dövründə bu rəqəm 16,3%-ə bərabər olub.














