“AzSığorta” ASC bu ilin ilk 7 ayı ərzində 5 milyon 229 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 568 min manat, başqa sözlə 9,8% azalıb. Əvvəlki ilin eyni dövründə “AzSığorta” ASC-nin yığımları 5 milyon 797 min manat olub.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 1 milyon 150 min manat olub ki, bu da illik müqayisədə 119 min manat və ya 11,5% artım deməkdir. Ötən ilin eyni dövründə zərərçəkmiş müştərilərə 1 milyon 31 min manat sığorta ödənişi edilib.
Şirkətin zərərlilik göstəricisi 22% təşkil edib. Ötən ilin eyni dövründə sığorta şirkətinin zərərliliyi 17,8% idi.