“AzSığorta” ASC bu ilin ilk 8 ayı ərzində 5 milyon 732 min manat sığorta haqqı toplayıb.
Şirkətin yığımları son bir illə müqayisədə 626 min manat, yəni 9,8% azalıb. Ötən il yığımlar 6 milyon 358 min manat idi.
Bu dövrdə ödənişlər isə 117 min manat (10,8%) artaraq 1 milyon 200 min manat olub.
Ötən il ödənişlər 1 milyon 83 min manat olmuşdu.
Şirkətin zərərlilik göstəricisi 20,9% təşkil edib (ötən il - 17%).