“AzSığorta” ASС-nin sığorta yığımlarında azalma qeydə alınıb.
Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-AVQUST, 2023)
FED.az bu barədə Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Belə ki, cari ilin yanvar-avqust aylarında şirkətin sığorta yığımları 5 milyon 826 min manat təşkil edib.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 318 min manat və ya, 28,5% azdır.
Keçən ilin eyni dövründə şirkətin yığımları 8 milyon 144 min manat olmuşdu.