«Azsığorta» ASC-nin Direktorlar Şurasının yeni üzvü seçilib.
“PAŞA Holding”də - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu, yeni üzv Elnur Qurbanov Məmməd oğludur.
O, 2019-cü ildən «AFB Bank» ASC-nin Müşhidə Şurasının üzvüdür.
Hazırda şirkətin Direktorlar Şurasının sədri Viladi Manıyev, digər üzvü isə Abid Mamedovdur.
Qeyd edək ki, «Azsığorta» 2006-cı ildə yaradılıb. Onun 14 milyon manatlıq nizamnamə kapitalının 100 faiz payçısı Hikmət İsmayılovdur.