Bu ilin yanvar-iyul aylarında «AzSığorta» ASC-nin sığorta yığımlarının həcmi 4 milyon 750 min manat olub.
Azərbaycanda 11 sığorta şirkətinin ödənişləri artıb – SİYAHI, ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 479 min manat və ya 9,2% azalıb.
Xatırladaq ki, ötən ilin yanvar-iyul aylarında şirkət 5 milyon 229 min manat sığorta haqqı toplamışdı.
Hesabat dövründə «AzSığorta» ASC-nin sığorta ödənişlərinin həcmi 1 milyon 74 min manat olmaqla, illik müqayisədə 76 min manat və ya 6,6% azalıb.
«Qala Həyat Sığorta» ASC-nin yığımlarının ödənişlərə nisbətən 6,3 dəfə daha çox azalması şirkətin daha çox zərərlilik ilə işləməsinə səbəb olub. Belə ki, bu ilin yanvar-iyul aylarında şirkətin ödəniş yığım nisbəti – zərərlilik göstəricisi 22,6% olub ki, illik müqayisədə 2,7% daha çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 22% idi.
Yəni şirkət ötən il topladığı hər 100 manat sığorta haqqına görə, 22 manat sığorta ödəyirdisə, bu ilin ilk yeddi ayında bu məbləğ 22,6 manata yüksəlib. İllik müqayisədə 0,6 manat və ya 2,7% artım olub.














