Bu ilin yanvar-iyul aylarının nəticələrinə görə, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 11-nin sığorta ödənişlərində artım olub.
Sığorta şirkətlərinin ödəniş/yığım nisbəti üzrə - RENKİNQİ – (YANVAR-İYUL, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ödənişlərini ən çox artıran şirkət «İpək Yolu Sığorta» ASC olub. Belə ki, şirkətin ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 209 min manat və ya 4,4 dəfə artaraq 271 min manata çatıb.
«Atəşgah Həyat Sığorta» ASC-nin ödənişləri 27 milyon 53 min manat (69,7%) artaraq 65 milyon 881 min manata, «Qala Həyat Sığorta» ASC-nin ödənişləri 1 milyon 142 min manat (56,8%) artaraq 3 milyon 152 min manata yüksəlib.
Bundan başqa, «Azərbaycan Sənaye Sığorta» ASC-nin də ödənişləri 3 milyon 708 min manat (53,6%) artaraq 10 milyon 621 min manata bərabər olub.
«PAŞA Həyat Sığorta» ASC və «PAŞA Sığorta» ASC-nin də ödənişlərində artım qeydə alınıb. Şirkətlərin ödənişləri müvafiq olaraq 91 milyon 668 min manat (27,9%) artaraq 420 milyon 178 min manata və 18 milyon 971 min manat (24,3%) artaraq 96 milyon 884 min manata çatıb. Qeyd edək ki, «PAŞA Həyat Sığorta» ASC həm də ödənişlərini məbləğ ifadəsində ən çox artıran şirkət olub.
Ödənişləri artan şirkətlər sırasında yeddinci yeri «A-Qroup Sığorta» ASC, səkkizinci yeri «Meqa Həyat Sığorta» ASC tutub. «A-Qroup Sığorta ASC-nin ödənişləri 1 milyon 321 min manat (20,8%) artaraq 7 milyon 664 min manat, «Meqa Həyat Sığorta» ASC-nin ödənişləri 522 min manat (17,1%) artaraq 3 milyon 577 min manat təşkil edib.
Növbəti yerləri 1 milyon 926 min manat (8,4%) artım ilə «Atəşgah Sığorta» ASC və 699 min manat (7,6%) artım ilə «Meqa Sığorta» ASC tutub. Hesabat dövründə «Atəşgah Sığorta» ASC-nin ödənişləri 1 milyon 926 min manat, «Meqa Sığorta» ASC-nin ödənişləri 9 milyon 938 min manat olub.
Sığorta ödənişləri artan şirkətlərin siyahısında sonuncu yeri «Xalq Sığorta» ASC tutub. Şirkətin ödənişləri 127 min manat və ya 2,2% artaraq 5 milyon 963 min manata yüksəlib.
|
S/N |
Sığorta şirkətləri |
Sığorta ödənişləri |
Sığorta ödənişləri |
Dinamika |
Dinamika |
|
1 |
“İpək Yolu Sığorta” ASC |
62 |
271 |
209 |
4,4 dəfə |
|
2 |
“Atəşgah Həyat” Sığorta Şirkəti ASC |
38 828 |
65 881 |
27 053 |
69,70% |
|
3 |
“Qala Həyat” Sığorta Şirkəti ASC |
2 010 |
3 152 |
1 142 |
56,80% |
|
4 |
“Azərbaycan Sənaye Sığorta” ASC |
6 913 |
10 621 |
3 708 |
53,60% |
|
5 |
“Paşa Həyat Sığorta” ASC |
328 510 |
420 178 |
91 668 |
27,90% |
|
6 |
“Paşa Sığorta” ASC |
77 913 |
96 884 |
18 971 |
24,30% |
|
7 |
“A-Qroup Sığorta Şirkəti” ASC |
6 343 |
7 664 |
1 321 |
20,80% |
|
8 |
"Meqa Həyat Sığorta" ASC |
3 055 |
3 577 |
522 |
17,10% |
|
9 |
“Atəşgah” Sığorta Şirkəti ASC |
22 877 |
24 803 |
1 926 |
8,40% |
|
10 |
“Meqa Sığorta” ASC |
9 239 |
9 938 |
699 |
7,60% |
|
11 |
“Xalq Sığorta” ASC |
5 836 |
5 963 |
127 |
2,20% |












