“Azsığorta” şirkətində daxili audit departamentinin rəhbəri vəzifəsindən ayrılıb.
Eləcə də bax: Fərid Abdurahmanov və Elçin Əsədzadə yeni vəzifəyə - TƏYİN EDİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, vəzifəsindən ayrılan Bayramova Aygün Miri qızıdır.
Sığortaçının daxili audit xidməti – Daxili audit xidməti İdarə Heyəti ilə birlikdə sığortaçının daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirir. Daxili audit xidməti Təftiş Komissiyasının nəzarəti altında fəaliyyət göstərir.
Bu xidmətə başçılığı Daxili audit xidmətinin rəhbəri həyata keçirir. Xidmət rəhbəri Təftiş Komissiyasının təqdimatı ilə Direktorlar Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.
Sığortaçılarda daxili auditin aparılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.