“Azərbaycan Sənaye Sığorta” şirkətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə İdarə Heyətinə yeni təyinatlar olub.
Eləcə də bax: “AzRe Təkrarsığorta”da dəyişiklik olub – TƏYİNAT
Şirkətin PR meneceri Şəfəq Hacıyevanın FED.az-a verdiyi məlumata görə, Fərid Abdurahmanov "Azərbaycan Sənaye Sığorta" şirkətinin İdarə Heyətinin üzvü, Elçin Əsədzadə isə şirkətin maliyyə departamentinin rəhbəri və İdarə Heyətinin üzvü seçilib.
Qeyd edək ki, Fərid Abdurahmanov hazıda da şirkətin Biznesin İnkişafı Departamentinin direktoru, Elçin Əsədzadə isə şirkətin məsul aktuarisi vəzifəsini icra edir.