“AzSığorta” ASC-nin cari ilin birinci rübü üzrə olan maliyyə nəticələri açıqlanıb.
“AzSığorta”nın yığımları azalıb, ödənişləri kəskin aşağı düşüb
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bu dövrdə şirkətin gəlirləri 2 milyon 651 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 160 min 690 manat və ya (5,7%) azdır. Gəlirlərin azalması xalis sığorta ehtiyatlarının azalması ilə bağlıdır. Belə ki, şirkətin xalis sığorta ehtiyatları son bir ildə 277 min 645 manat (18 dəfə) azalaraq 262 min 294 manata düşüb.
Hesabat dövründə ASC-nin xərcləri 2 milyon 307 min manat təşkil edib. Bu, ötən ilin birinci rübü ilə müqayisədə 21 min 618 manat (0,9%) azalıb. Əsas əməliyyat xərcləri isə 37 min 483 manat azalaraq (5,7%) 623 min 733 manata düşüb.
Şirkət bu dövrdə 343 min 914 manat maliyyə mənfəəti əldə edib və bundan 68 min 783 manat mənfəət vergisi ödəyib. Son bir ildə maliyyə mənfəəti 139 min 71 manat (28,8%), ödənilmiş mənfəət vergisi isə 27 min 814 manat (28,8) azalıb. Nəticədə şirkət birinci rübdə 275 min 131 manat xalis mənfəət əldə edib ki, bu da, illik müqayisədə 111 min 257 manat (28,8%) azdır.
Cari ilin birinci rübünün sonuna “AzSığorta” ASC-nin aktivlərinin həcmi 30 milyon 462 min manat təşkil edib. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 99 min manat (0,3%) artım deməkdir.
Bu dövrdə şirkətin öhdəliklərinin həcmi 10 milyon 604 min manat olub. Bu da, ötən ilin sonu ilə müqayisədə126 min manat (1,2%) azalma deməkdir.
2026-cı ilin mart ayının sonunda şirkətin cəmi kapitalı 19 milyon 858 min manat təşkil edib. Bu, 2025-ci ilin sonuna nəzərən 225 min manat (1,1%) çoxdur.











![“AzSığorta” əvvəlki kimi qazana bilmir –[red] GƏLİRLƏR AZALIR[/red] | FED.az](upload/news/small/1604042.jpg)
![“AzSığorta” əvvəlki kimi qazana bilmir –[red] GƏLİRLƏR AZALIR[/red] | FED.az](upload/news/small/4911415.jpeg)
![“AzSığorta” əvvəlki kimi qazana bilmir –[red] GƏLİRLƏR AZALIR[/red] | FED.az](upload/news/small/1370422.jpeg)
![“AzSığorta” əvvəlki kimi qazana bilmir –[red] GƏLİRLƏR AZALIR[/red] | FED.az](upload/news/small/3719296.jpeg)
![“AzSığorta” əvvəlki kimi qazana bilmir –[red] GƏLİRLƏR AZALIR[/red] | FED.az](upload/news/small/1851131.jpeg)








