Sığorta

«AZSIGORTA» ASC qalmaqallı işçisi barədə  - MƏLUMAT YAYDI

«AZSIGORTA» ASC qalmaqallı işçisi barədə  - MƏLUMAT YAYDI | FED.az
16:25 4 Sen 2020

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AZSIGORTA” ASC qalmaqallı işçisi barədə  məlumat yayıb.

Eləcə də bax: İşdən çıxarıldığı şirkətdən - 50 MİN TƏLƏB EDİR

FED.az xatırladır ki, mediada «AZSIGORTA» ASC-nin keçmiş əməkdaşı Seymur Babayevin şikayəti barədə məlumat yayılıb. Bu məlumatlarda S.Babayev şirkəti onu qanunsuz şəkildə işdən çıxarmaqda ittiham edərək qarşı tərəfdən 50 min manat kompensasiya tələb edir. 

«AZSIGORTA» ASC-dən FED.az-a evrilən məlumatda isə bildirilir ki, 2016-cı ildən şirkətin Şirvan-Muğan filialında satış nümayəndəsi kimi fəaliyyət göstərən S.Babayevin müştərilərlə dəfələrlə ciddi mübahisələrinin olması faktı aşkarlanıb.

«Sığortalının şikayəti əsasında  S. Babayevin müştərilərlə rəftarı və bağladığı müqavilələr yoxlanılıb. Müəyyən edilmişdir ki, Seymur Babayev Daşınmaz əmlakın İcbari Sığortası müqavilələri və eləcə də Əmlakın yanğından və digər əlavə risklərdən sığortası növü üzrə sığorta müqavilələri bağlayarkən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməmiş, sığorta məhsullarının satışını həyata keçirərkən sığortalıların ciddi narazılığına səbəb olan  kobud pozuntulara yol vermiş, Cəmiyyətin nüfuzuna ciddi ziyan vurmuşdur». 

«AZSIGORTA» ASC  bildirir ki, sığortalının şikayəti və araşdırmanın nəticəsi nəzərə alınaraq, S.Babayev Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

"Qeyd edək ki, sözügedən əməkdaş əmrin ləğvi, işə bərpa, maddi və mənəvi zərərin əvəzininjn ödənilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1720/2020 saylı qətnaməsi ilə iddiaçı Babayev Seymur Nizami oğlunun iddia tələbi əsassız olduğundan  təmin edilməmişdir. İddiaçı iddia tələbi üzrə   Apelyasiya  şikayəti vermişdir"-deyə şirkətdən FED.az-a bildirilib. .

Digər xəbərlər