“AzSığorta” ASC bu ilin 3 ayında 3 milyon manat həcmcində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 153 min manat, başqa sözlə 5% artıb. Əvvəlki ilin eyni dövründə “AzSığorta” ASC-nin yığımları 2 milyon 847 min manat olub.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 313 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 938 min manat və ya 7,2 dəfə azalma deməkdir. Ötən ilin eyni dövründə şirkət tərəfindən zərərçəkmiş müştərilərə 2 milyon 250 min manat sığorta ödənişi edilib.
Şirkətin zərərlilik göstəricisi isə 10% təşkil edib.