Azərbaycan Mərkəzi Bankı (AMB) “Azmikroinvest” MMC bank olmayan kredit təşkilatına (BOKT) sığorta agenti lisenziyası verib.
“Qala Həyat Sığorta” ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da, sığorta agenti lisenziyası olan hüquqi şəxslərin sayı 53-ə çatıb.
Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon 438,6 min manatdır. BOKT-un təsisçisi 100 % İlqar Əhmədzadədir. (Report)