Ötən gün yanğın baş verən «Azərsun Holdinq»İN Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki «Azərsun Sənaye Parkı»nda da baş vermiş yanğına görə sığorta ödənişi ediləcək.
Eləcə də bax: “Azersun”nun yanan zavodunun zərərini hansı sığorta şirkətinin ödəyəcəyi - MƏLUM OLUB
FED.az xəbər verir ki, hadisə baş verən təsərrüfat «Azərsun Holdinq»ə məxsus olan «Azərbaycan Sənaye Sığorta» ASC-də sığortalıdır.
«Azərbaycan Sənaye Sığorta» ASC-nin sədri Orxan Əfəndi FED.az-a bildirib ki, yanğın baş verən ərazi tamamilə sığortalıb olub: «Hələlik, ilkin olaraq onu deyə bilərəm ki, orada hər şey sığortalıdır. Həm əmlak, həm də anbardakı mallar hamısı sığortalıdır».
Qeyd edək ki, yanğın nəticəsində həm anbar infrastrukturu, həm də anbarlardakı məhsullara böyük zərər dəyib. Hələlik dəyən zərərin dəqiq məbləği məlum deyil – təcrübəyə əsasən təqribə rəqəmlər bir neçə günə məlum olur. Amma Holdinqin ayrı-ayrı nümayəndələri yanğın nəticəsində anbarlarda 5-6 aylıq yağ ehtiyatı olub və məhv olan malların dəyəri təqribən 20-30 milyon manat ola bilər.