"Kaspian İnterneşnl Brouking" MMC 2019-cu ili mənfəətlə başa vurub.
Eləcə də bax: Azərbaycanın tanınmış sığorta brokeri zərərdə - HESABAT
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə şirkətin cəmi gəlirləri 1 milyon 936 min 583 manat, cəmi xərcləri 308 min 711 manat olub. Şirkət 1 milyon 627 min 872 manat əməliyyat mənfəətindən 328 min 296 manat vergi ödəyib. Şirkət hesabat dövrünü 1 milyon 299 min 576 manat mənfəətlə başa vurub.
Şirkətin hesabat dövrünün sonuna olan cəmi aktivləri 2 milyon 190 min 634 manat (26,5% azalma), cəmi öhdəlikləri 714 min 275 manat (21,8% artım)olub.
Qeyd edək ki, "Kaspian İnterneşnl Brouking" MMC-nin ötən il üzrə cəmi aktivləri 2 milyon 981 min 548 manat, cəmi öhdəlikləri 912 min 950 manat olub.