“Şirvan Sığorta və Təkrar Sığorta Brokeri” MMC 2019-cu ili zərər ilə başa vurub.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə şirkətin cəmi gəlirləri 16 min 985 manat, cəmi xərcləri 29 min 433 manat olub. Şirkət hesabat dövründə 12 min 448 manat zərərlə başa vurub.
Şirkətin hesabat dövrünün sonuna olan cəmi aktivləri 2 min 882 manat (4,3 dəfə azalma), cəmi öhdəlikləri 49 min 49 manat (4,4% artıb)olub.
Qeyd edək ki, “Şirvan Sığorta və Təkrar Sığorta Brokeri” MMC-nin ötən il üzrə cəmi aktivləri 12 min 453 manat, cəmi öhdəlikləri 46 min 992 manat olub.