2023-cü ilin yanvar-iyul dövründə (7 ay) Azərbaycanın sığorta şirkətləri tərəfindən 761 milyon 801 min manat sığorta haqları hesablanıb, 282 milyon 977 min manat sığorta ödənişləri həyata keçirilib.
Azərbaycanda tibbi sığorta üzrə ödənişlər 6% azalıb
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yanvar-iyul dövründə Azərbaycanın sığorta şirkətləri tərəfindən 580 milyon 501 min manat sığorta haqları hesablanmış, 241 milyon 128 min manat sığorta ödənişləri həyata keçirilmişdi.
Beləliklə, 2023-cü ilin yanvar-iyul dövründə 2022-ci ilin yanvar-iyul dövrü ilə müqayisədə hesablanmış sığorta haqları 181 milyon 300 min manat və ya 31,2%, sığorta ödənişləri isə 41 milyon 849 min manat və ya 17,4% artıb. (Marja)
Sığorta şirkətləri üzrə sığorta haqları və sığorta ödənişləri