Azərbaycanda tibbi sığorta üzrə ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə ödənişlər 35 milyon 145,8 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 245,7 min manat və ya 6% azdır.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 37 milyon 391,5 min manat təşkil edib.