2022 və 2023-cü illər üzrə sığorta şirkətlərinin auditor seçimləri arasındakı dəyişikliklər nəzərdən qaçmır.
Azərbaycan banklarını hansı şirkətlər yoxlayır? – Auditi kimə etibar edirlər? – BANKLAR, ŞİRKƏTLƏR
FED.az xəbər verir ki, hər iki il üçün aparılan analizə əsasən, “Caspian Consulting and Partners” MMC 2023-cü ildə ən çox sığorta şirkəti tərəfindən seçilən auditor şirkəti olub. Bu şirkət, 2022-ci ildə də bəzi şirkətlərin auditini həyata keçirmiş olsa da, 2023-cü ildə daha çox müştəri qazanıb və nəticədə lider auditor şirkəti olaraq önə çıxıb.
Məsələn, 2022-ci ildə “Ekspert Finans Konsaltniq” MMC tərəfindən auditi həyata keçirilən Paşa Həyat Sığorta və Paşa Sığorta şirkətləri, 2023-cü ildə audit xidmətləri üçün “Caspian Consulting and Partners” MMC-yə keçid ediblər. Bundan başqa A Group sığorta şirkəti 2022-ci ildə "Elvi Audit" MMC ilə işləyirdi, lakin 2023-cü ildə "Caspian Consulting and Partners" MMC ilə əməkdaşlığa keçib.
2022-ci ildə geniş müştəri bazası olan “L.B Audit Xidməti” MMC, 2023-cü ildə bəzi müştərilərini itirib. Xüsusilə, Atəşgah Həyat və Atəşgah Sığorta 2022-ci ildə bu şirkət tərəfindən auditi həyata keçirilən müştərilər arasında idi, lakin 2023-cü ildə hər iki sığorta şirkəti Grant Thornton MMC-ni seçib.
Digər şirkətlərdə də dəyişikliklər gözdən qaçmır. Belə ki, Azre Təkrara Sığorta şirkəti 2022-ci ildə PWC Audit ilə əməkdaşlıq edirdi, lakin 2023-cü ildə müstəqil auditor Elnur İbrahimov ilə işə davam etməyə qərar verib.
Xalq Sığorta isə 2022-ci ildə "ANR Audit" MMC ilə işləyirdi, amma 2023-cü ildə "TNM Audit" MMC-yə keçid edib.
Azərbaycan Sənaye Sığorta 2022-ci ildə müstəqil auditor Abbasov Çingiz ilə əməkdaşlıq edirdi, lakin 2023-cü ildə "Economik CHA" MMC-nin xidmətlərindən istifadə etməyə başlayıb.
AzSığorta 2022-ci ildə hesabatlarını "M ənd J Konsaltinq" hazırlayırdı, amma 2023-cü ildə hesabatlarını "KF Audit" MMC şirkətinə həvalə edib.
İpək Yolu Sığorta 2022-ci ildə "Audit Consulting 17" MMC ilə əməkdaşlıq edirdi, amma 2023-cü ildə "KF Audit" MMC-ni seçib.
Nəhayətində Bakı Sığorta isə 2022-ci ildə müstəqil auditor Elnur İbrahimov ilə işləyirdi, lakin 2023-cü ildə Yusifova Gülnarə ilə əməkdaşlığa başlayıb.
Bu dəyişikliklər sığorta bazarında auditor xidmətlərinə olan tələbin necə dəyişdiyini və şirkətlərin daha təcrübəli və tanınmış auditorlarla əməkdaşlığa yönəldiyini göstərir. Auditor seçimlərindəki bu dinamika, şirkətlərin maliyyə hesabatlarının dəqiqliyinə və şəffaflığına daha çox önəm verdiklərini nümayiş etdirir.
Şirkətlər və auditlərini kimlərin hazırladığı haqqında daha detallı :
№ |
Sığorta şirkəti |
2022 |
2023 |
1 |
Paşa Həyat Sığorta |
”Ekspert Finans Konsaltniq” MMC |
“Caspian Consulting and Partners” MMC |
2 |
Paşa Sığorta |
”Ekspert Finans Konsaltniq” MMC |
“Caspian Consulting and Partners” MMC |
3 |
Azre Təkrara Sığorta |
PWC audit - Praysvoterhaus Kupers Audit Azərbaycan MMC |
Sərbəst auditor Elnur İbrahimov |
4 |
Xalq Sığorta |
"ANR Audit" MMC |
"TNM Audit" MMC |
5 |
Qala Sığorta |
“Caspian Consulting and Partners” MMC |
“Caspian Consulting and Partners” MMC |
6 |
Qala Həyat Sığorta |
“Caspian Consulting and Partners” MMC |
“Caspian Consulting and Partners” MMC |
7 |
Atəşgah Həyat |
“L.B Audit Xidməti” MMC |
“Grant Thornton” MMC |
8 |
Azərbaycan Sənaye Sığorta |
Sərbəst auditor Abbasov Çingiz |
“Economik CHA” MMC |
9 |
Meqa Sığorta |
“Grant Thornton” MMC |
“Grant Thornton” MMC |
10 |
Xalq Həyat Sığorta |
"ANR Audit" MMC |
"ANR Audit" MMC |
11 |
AzSığorta |
“M ənd J Konsaltinq” MMC |
“KF Audit” MMC |
12 |
Meqa Həyat |
“Grant Thornton” MMC |
“Grant Thornton” MMC |
13 |
A group |
“Elvi Audit” MMC |
“Caspian Consulting and Partners” MMC |
14 |
İpək Yolu Sığorta |
“Audit Consulting 17” MMC |
“KF Audit” MMC |
15 |
Bakı Sığorta |
Sərbəst auditor Elnur İbrahimov |
Sərbəst auditor Yusifova Gülnarə |
16 |
Atəşgah Sığorta |
“L.B Audit Xidməti” MMC |
“Grant Thornton” MMC |
17 |
Ata Sığorta |
“KH.J.A Audit-Consultinq Xidməti" MMC |
“KH.J.A Audit-Consultinq Xidməti" MMC |