Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı yeni qaydalar hazırlayıb.
AMB-nin sədri: "Hazırda bizdə rəqəmsal aktivlər üzrə tənzimləmə mövcud deyil"
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Biz keçən il bankların korporativ idarəetmə standartlarının tətbiqi nə fokuslanmışdıq, həmçinin sığorta şirkətlərinin korporativ idarəetmə standarlarının tətbiqi ilə bağlı tələblər irəli sürmüşdük. Hal-hazırda sığorta şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı son baxışlar aparılır. Tələb olaraq sığorta şirkətlərindən hesabatlılıq tələb ediləcək. Yəqin ki, 1-2 aya biz bu tələbi sığortaçılar qarşısında qoyacağıq", - deyə o qeyd edib.