Azərbaycan Mərkəzi Bankı (AMB) bu il rəqəmsal aktivlərə dair tənzimləmənin formalaşdırılmasına fokuslanacaq.
AMB sədri: "2024-cü ildə əmanətçilərin sayı 40% artıb"
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Hazırda bizdə rəqəmsal aktivlər üzrə tənzimləmə mövcud deyil. AMB atıq keçən ilin sonlarından başlayaraq bu sahə ilə bağlı araşdırmalara başlayıb, siyasətimizi və mövqeyimizi formalaşdırmalıyıq. Yəni bu il rəqəmsal aktivlərə dair tənzimləməyə fokuslanacağıq. ", - deyə o qeyd edib.