"Başak-İnam Sığorta Şirkəti" ASC ləğv olunduğunu elan edir.
Eləcə də bax: Ləğv prosesində olan sığorta şirkəti səhmdarları arasında - Bölüşdürüləcək
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZE1141 Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 79 ünvanına bildirə bilərlər.
Keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 6 oktyabr 2017-ci il tarixli Qərarına əsasən “Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmişdir. Palata tərəfindən qeyd olunan qərar “Başak-İnam Sığorta Şirkəti” ASC-nin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilmişdir..
Lisenziyası ləğv olunmuş “Başak-İnam Sığorta Şirkəti” ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçısı təyin edilib. (Marja)