“Şəbəkə Sığorta Brokeri” MMC 2021-ci ili 16 min 456 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 37 min 839 manat xalis mənfəət ilə bağlamışdı.
Eləcə də bax: “Meqa Sığorta”nın mənfəəti və dövlətə ödədəyi - VERGİ MƏBLƏĞİ AZALDI
FED.az şirkətin maliyyə heabatlarına istinadən xəbər verir ki, ötən il “Şəbəkə Sığorta Brokeri”nin cəmi əməliyyat gəlirləri 151 min 583 manat, cəmi əməliyyat xərcləri isə 133 min 480 manat təşkil edib. 2020-ci ildə şirkətin cəmi gəlirləri 509 min 190 manat, cəmi əməliyyat xərcləri isə 461 min 888 manat təşkil etmişdi.
“Şəbəkə Sığorta Brokeri” sığorta və təkrarsığorta risklərinin xüsusilə Dünya və Avropa sığorta bazarına ötürülməsi üçün 2013-cü ildə təsis edilmişdir. Şirkət bütün növ sığorta risklərinin yerləşdirilməsində öz partnyorlarına mükəmməl xidmət göstərir. (Marja)