“Meqa Sığorta” ASC 2021-ci il üzrə mənfəət və zərərlər üzrə hesabatını açıqlayıb.
FED.az biznes maliyyə portalı şirkətin rəsmi maliyyə hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin yekunları ilə müqayisədə şirkətin cəmi gəlirləri 6,465 mln. manat (20% azalma), xərcləri isə 4,206 mln. manat (16,7% azalma) azalaraq müvafiq olaraq 25,853 mln. manata və 20,953 mln. manata enib.
Nəticədə, şirkətin maliyyə mənfəəti, yəni vergidən öncəki mənfəəti 4,900 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin mənfəət göstəricisi ilə müqayisədə 2,259 mln. manat və 31,6% azdır. Həmçinin xalis mənfəət məbləği 1,807 mln. manat və ya 31,5% azalaraq 3,920 mln. manat təşkil edib.
Bununla yanaşı, şirkətin rəsmi hesabatında həmçinin qeyd olunur ki, son bir il ərzində “Meqa Sığorta” ASC tərəfindən dövlətə ödənilən mənfəət vergisi üzrə ödənilən məbləğin həcmi 452 min manat azalaraq 980 min manata düşüb.