«Kaspian İnterneşnl Brouking» MMC-nin sığorta brokeri 2022-ci ilin nəticələrini açıqlayıb.
«İpək Yolu Sığorta» sürətlə böyüyür – MƏNFƏƏT AÇIQLADI - HESABAT
FED.az şirkətin hesabatına istinadən bildirir ki, ötən il «Kaspian İnterneşnl Brouking»in gəlirləri yalnız sair gəlirlərdən ibarət olub və 2 milyon 365 min manat təşkil edib.
Ötən il işlərin apaprılmasına 403 min manat xərc çəkilib, daha 396 min manat isə mənfəət vergisi kimi ödənilib. Nəticədə brokerin xalis mənfəəti 1 milyon 565 min manat təşkil edib.
2022-ci ilin sonuna şirkətin aktivləri təqribən 900 min manat artaraq 1,7 milyon manatdan 2,65 min manata yüksəlib.
Xalis mənfəət isə bütünlüklə kapitala yönəldiyinə görə kapital da artaraq 233 min maatdan 1,8 milyon manata yüksəlib.
Şirkətin öhdəlikləri isə kəskin azalaraq 1,45 milyon manatdan 857 min manata enib.