2020-ci ildə Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 728,634 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Eləcə də bax: 150 minə yaxın əmlak sığortalanıb - 3 DƏFƏ ARTIM
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 465,153 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 54,3% çoxdur.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,8 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 44,3 manat olub. (Report)