Bu ilin yanvar ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 118,234 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 16,623 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 70,8% və yaxud 3,4 dəfə azdır.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,65 manat olub.