Bu ilin yanvar-oktyabr ylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin xətti ilə 705,700 mln. manat məbləğində sığorta haqqı toplanılıb.
Eləcə də bax: AMB: Sığorta sektorunda vətəndaş yönümlü bir çox - DƏYİŞİKLİKLƏR OLACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 12,3% çoxdur.
Hesabat dövründə şirkətlər tərəfindən ödənilən sığorta haqlarının həcmi isə illik ifadədə 14,6% artaraq 401,211 mln. manat təşkil edib.