Azərbaycanın sığorta sektorunda vətəndaş yönümlü bir çox dəyişikliklər ediləcək.
Eləcə də bax: İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta müqaviləsi müddətsiz - BAĞLANILACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov bildirib.
Onun sözlərinə görə, vətəndaşların hüquqlarının qorunması istiqamətində, ümumiyyətlə, mexanizmin özündə böyük dəyişikliklər olacaq və bura zərərlərin qiymətləndirilməsinin birbaşa tənzimlənməsi mexanizmi də aiddir.
"Bu, o deməkdir ki, sığortalı özünün hansı sığorta şirkətindən sığorta şəhadətnaməsi alıbsa, zərəri o ödəyəcək, zərər vuran tərəf yox. Bununla da sığorta xidmətinin səviyyəsi artacaq", - AMB rəsmisi bildirib.
V. Qurbanov əlavə edib ki, dəyişikliklər icra olunmamışdan əvvəl AMB hərtərəfli təhlillər aparır.