2021-ci ilin noyabr ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətindən 14-nin ödənişləri illik müqayisədə artıb, 3-nin ödənişləri azalıb.
Eləcə də bax: Azərbaycanda həyat sığortası 24%, qeyri-həyat sığortası isə - 8% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın bildirdiyinə görə, “Xalq Həyat” Sığorta ötən il ödəniş etmədiyindən, “Aqrar” Sığorta və Meqa Həyat Sığorta yeni yarandığından müqayisə etmək mümkün deyil.
Ən çox sığorta ödənişi artan şirkətlər arasında birinci yerdə “Naxçıvansığorta” şirkəti (11 dəfə) dayanır.
Ödənişləri illik müqayisədə ən çox azalan şirkət “İpək Yolu Sığorta” şirkətində (41% azalma) qeydə alınıb.