Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 348,406 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: Azərbaycanda sığortaçıların sığorta haqları 15%, ödənişləri - 10% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 24% çoxdur.
Ötən 11 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 419,508 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 8,3% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 6,9% azalaraq 229,904 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 38,4% artaraq 199,945 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-noyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 86,1 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 47,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-noyabr aylarında müvafiq olaraq 87,9 manat və 37,3 manat olub.