Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 53 milyon 907 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 611 min manat və ya 14% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 47 milyon 295 min manat təşkil edib.
Bundan başqa bu növ sığorta üzrə ödənişlər 27 milyon 597 min manat həcmində olub.
Sığorta ödənişləri ötən illin müvafiq dövrü ilə müqayisədə 26 milyon 414 min manat və ya 23,3 dəfə artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə 1 milyon 183 min manat ödəniş edilib.
Ödənişlərin kəskin artması bu növ sığortanın zərərlilik göstəricisini də xeyli artırıb. Belə ki, 2022-ci ildə zərərlilik göstəricisi 2,5%, 2023-cü ildə 51,2% təşkil edib. İllik müqayisədə 48,7%-lik artım qeydə alınıb.