Azərbaycanda hava nəqliyyatı vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 20 milyon 21 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 284 min manat və ya 6% azdır.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 21 milyon 305 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 448 min manat təşkil edib ki, bu da illik müqayisədə 391 min manat və ya 7,8 dəfə çoxdur.
Ötən ilin eyni dövründə 58 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 2% təşkil edib.